ABŞ Prezidenti Donald Tramp İordaniyada yerləşən ABŞ hərbi bazalarına raket hücumundan sonra İrana qarşı sərt cavab veriləcəyini açıqlayıb. O bildirib ki, Vaşinqton bu hücumu cavabsız qoymayacaq və Tehranı “güclü zərbə” gözləyir.
Tramp “Fox News” telekanalına müsahibəsində deyib ki, ABŞ hərbçilərinin qəfil hücuma reaksiya vermək üçün cəmi bir neçə dəqiqəsi olub. Onun sözlərinə görə, Amerika hava hücumundan müdafiə qüvvələri bazalara doğru buraxılan raketləri hədəflərinə çatmamış zərərsizləşdirə biliblər.
“Onların ağlını başından alacağıq. Güclü zərbə endirəcəyik. İran rejimini ağır cəza gözləyir”, – deyə ABŞ prezidenti vurğulayıb.
Tramp əlavə edib ki, ABŞ və Səudiyyə Ərəbistanının gecə saatlarında İraqda İranın dəstəklədiyi şiə silahlı qruplaşmalarına endirdiyi zərbələr İraq hökuməti ilə əvvəlcədən razılaşdırılıb.
ABŞ Prezidenti bildirib ki, bu hadisələr Yaxın Şərqdə gərginliyi daha da artırır və Vaşinqton öz hərbi qüvvələrinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri addımları atmaqda qərarlıdır.
