8 Av 5786 22 iyul 2026 🕯️ Şam yandırma — 19:47, cümə Şabbatın çıxışı — 20:53, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Mədəniyyət Texnologiya Təhlil Podkastlar Təhsil
Kiyev yenidən hədəfdə: Rusiyanın gecə hücumunda ölən və yaralananlar var

Kiyev yenidən hədəfdə: Rusiyanın gecə hücumunda ölən və yaralananlar var

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Rusiya Silahlı Qüvvələri iyulun 22-nə keçən gecə Ukraynaya növbəti kütləvi hava hücumu həyata keçirib. Hücum zamanı ölkə ərazisinə 4 raket və 216 pilotsuz uçuş aparatı (PUA) buraxılıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin yaydığı məlumata görə, hava hücumundan müdafiə qüvvələri 3 ədəd X-59/69 idarəolunan aviasiya raketini və 204 PUA-nı məhv edib və ya radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirib.

Bununla belə, hücumun bütün hədəflərinin qarşısını almaq mümkün olmayıb. Məlumata əsasən, 1 ədəd “İsgəndər-M” tipli ballistik raket və 12 dron müxtəlif ərazilərə düşüb. Bundan əlavə, vurulan raket və dronların qalıqları daha 7 müxtəlif əraziyə düşərək dağıntılara səbəb olub.

Kiyev vilayətinin Buça rayonunda hücum nəticəsində 5 mülki şəxs, o cümlədən 3 uşaq yaralanıb.

Odessa vilayətində dronlardan biri yaşayış binasına düşüb. Nəticədə bir qadın həlak olub.

Vilayətin digər yaşayış məntəqəsində dron qalıqlarının fərdi yaşayış evinə düşməsi nəticəsində evin damı çöküb. Hadisə zamanı xəsarət alan olmayıb.

Hücum nəticəsində tütün məmulatlarının saxlanıldığı anbar və magistral qaz kəməri də zədələnib. Qaz kəmərində hermetikliyin pozulması nəticəsində ərazidə yanğın baş verib. Hazırda fövqəladə xidmət əməkdaşları yanğının söndürülməsi istiqamətində işləri davam etdirirlər.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Kiyev yenidən hədəfdə: Rusiyanın gecə hücumunda ölən və yaralananlar varjnews.az səsləndirməsi