8 Av 5786 22 iyul 2026 🕯️ Şam yandırma — 19:47, cümə Şabbatın çıxışı — 20:53, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Mədəniyyət Texnologiya Təhlil Podkastlar Təhsil
Rusiya Ukraynanın yeni baş komandanını axtarışa verib: "Yerini dəqiq bilirik..."

Rusiya Ukraynanın yeni baş komandanını axtarışa verib: “Yerini dəqiq bilirik…”

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Mixaylo Drapatı Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazasına daxil edilib.

Bu barədə Rusiya DİN-in məlumat bazasında yer alan məlumatlarda qeyd olunur.

Rusiya İstintaq Komitəsi (SK) hələ 2023-cü ildə M. Drapatı və digər ukraynalı hərbçilərə qarşı qiyabi ittiham irəli sürmüşdü. Qurum iddia edir ki, onların komandanlığı altında 2017 və 2019-cu illərdə qondarma “DXR” və “LXR” yaşayış məntəqələrinə 70-dən çox artilleriya zərbəsi endirilib.

Rusiya İstintaq Komitəsinin versiyasına görə, həmin hücumlar nəticəsində 154 nəfər həlak olub və ya yaralanıb, həmçinin yüzlərlə mülki infrastruktur obyekti zərər görüb.

Bununla yanaşı, TASS agentliyinin hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən verdiyi məlumata görə, Rusiya təhlükəsizlik qurumları M, Drapatının yaşayış ünvanını, mobil telefon nömrəsini və elektron poçt ünvanlarını bildiklərini iddia edirlər.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Rusiya Ukraynanın yeni baş komandanını axtarışa verib: “Yerini dəqiq bilirik…”jnews.az səsləndirməsi