1 Tişri 5787 12 sentyabr 2026 🕯️ Şam yandırma — 18:28, cümə Şabbatın çıxışı — 19:33, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Londondakı kitab mağazasının vitrini

Londonda yəhudiləri hədəf alan kitab satıldığı aşkarlanıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Sentyabr 10, 2026 4:31 axşam

Vestminsterdə, West Central London sinaqoqunun yaxınlığında yerləşən “Aafaq Bookstore” kitab mağazası satışda antisemit məzmunlu kitabın aşkarlanması ilə yenidən diqqət mərkəzinə düşüb.

Jnews.az xəbər verir ki, mağazada ərəb dilində “Unutmayaq deyə: yəhudi cinayətləri – sionist qəzəbi” adlı kitabın satıldığı müəyyənləşdirilib. Kitabda yəhudilər “pis keyfiyyətlərə” malik xalq kimi təsvir olunur.

Kitabın mətnində XX əsrin əvvəllərində hazırlanmış saxta antisemit sənəd olan “Sion müdriklərinin protokolları”ndan tarixi fakt kimi təqdim edilən hissələrə də yer verilib. Müəllif “Protokollar”ın məzmununun müasir hadisələrlə təsdiqləndiyini iddia edir və oxucuları “gizli sui-qəsdlər”ə, həmçinin Nil çayından Fərat çayına qədər yəhudi dövləti yaratmaq planlarına qarşı ayıq olmağa çağırır.

Bundan cəmi bir neçə həftə əvvəl həmin mağaza Adolf Hitlerin “Mənim mübarizəm” (“Mein Kampf”) kitabının nüsxələrini satdığı üçün tənqid olunmuşdu. Mağaza rəhbərliyi bundan sonra kitabı satışdan çıxararaq onun nasist ideologiyasına dəstək məqsədi daşımadığını bildirmiş, antisemitizm və irqçiliyi rədd etdiklərini vurğulamışdı.

“Community Security Trust” (CST) təşkilatının nümayəndəsi yeni vəziyyəti qəbuledilməz adlandırıb. Təşkilatın fikrincə, antisemit nifrət məzmunlu ədəbiyyatın yenidən aşkarlanması hüquq-mühafizə orqanlarının və Vestminster Şurasının müdaxiləsini tələb edir.

“Aafaq Bookstore” isə yeni aşkarlanmış kitab barədə sorğuya cavabında bildirib ki, mağaza müxtəlif siyasi və dini baxışları təmsil edən geniş çeşidli kitabların satıldığı ikidilli mağazadır.

Mağaza sahibləri vurğulayıblar ki, kitabın rəflərdə olması onun məzmununun dəstəkləndiyi və ya bəyənildiyi anlamına gəlmir. Onların sözlərinə görə, mağazadakı kitab çeşidi bazar tələbatına uyğun müəyyən edilir.

Bəyanatda həmçinin qeyd olunub ki, mağaza bəzi nəşrlərin geniş kolleksiyadan “kontekstdən çıxarılaraq” təqdim edilməsindən narahatdır.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Londonda yəhudiləri hədəf alan kitab satıldığı aşkarlanıbjnews.az səsləndirməsi