28 Elul 5786 10 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Donald Tramp Respublikaçılar Partiyasının qurultayında çıxış edir

Tramp İrana xəbərdarlıq edib: “Çox güclü zərbə endirməli olacağıq”

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Sentyabr 10, 2026 10:43 səhər

ABŞ prezidenti Donald Tramp İrana qarşı “çox güclü zərbə” endirilə biləcəyi barədə xəbərdarlıq edib.

Jnews.az xəbər verir ki, Tramp bu barədə Dallasda, noyabr ayında Konqresə keçiriləcək aralıq seçkiləri ərəfəsində Respublikaçılar Partiyasının milli qurultayında çıxışı zamanı danışıb.

Trampın sözlərinə görə, Nətənz şəhəri yaxınlığında, Kirka dağı ərazisində yerləşən obyektlərdən birində müəyyən aktivlik müşahidə olunub. ABŞ prezidenti Vaşinqtonun həmin ərazidəki vəziyyəti diqqətlə izlədiyini bildirib.

“Biz Kirka dağında müəyyən aktivlik müşahidə edirik. İrana tövsiyəm odur ki, hiylə işlətməsin. Çünki onlara çox güclü zərbə endirməli olacağıq. Başqa seçimimiz yoxdur”, – deyə Tramp bildirib.

ABŞ prezidenti zərurət yaranacağı təqdirdə hərbi əməliyyatın Kirka dağı yaxınlığındakı obyektə də yönələ biləcəyini istisna etməyib.

“Kimsə dedi ki, obyektdə müəyyən aktivlik müşahidə olunur. Ola bilsin, oraya da zərbə endirməli olaq”, – deyə Tramp əlavə edib.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Tramp İrana xəbərdarlıq edib: “Çox güclü zərbə endirməli olacağıq”jnews.az səsləndirməsi