Xocalı rayonunun Daşkənd kəndi ərazisində 10 sentyabr 2026-cı ildə mina partlayışı baş verib.
Jnews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, Agentliyin 1990-cı il təvəllüdlü əməkdaşı Anar İftixar oğlu Həsənov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayıb.
Hadisə nəticəsində Anar Həsənov sol ayağından xəsarət alıb.
Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Onun vəziyyəti qənaətbəxşdir.
