Yenilənib: Sentyabr 7, 2026 4:49 axşam
Bakı–Qazax avtomobil yolunun 80,5-ci kilometrliyində “Toyota” markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Jnews.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, avtomobilin sürücüsü A. Cabbarov sükan arxasında yuxulayıb və nəticədə nəqliyyat vasitəsinin idarəetməsini itirib.
Hadisə yerində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları çalışır. Hazırda qəzanın bütün halları araşdırılır.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, yuxusuz və yorğun halda avtomobil idarə edilməsinin ağır nəticələri ilə bağlı davamlı xəbərdarlıqlara baxmayaraq, eyni səbəbdən baş verən hadisələrin təkrarlanması ciddi narahatlıq doğurur.
Mənbə: minval.az
