22 Elul 5786 4 sentyabr 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Donald Tramp və Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı məqalənin müzakirəsi.

Tramp Uitkoffun Azərbaycan-Ermənistan sülhü ilə bağlı məqaləsini paylaşıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Təhlil
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Sentyabr 4, 2026 11:38 səhər

ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında Azərbaycan və Ermənistan arasında sülh prosesinə həsr olunmuş məqaləni paylaşıb.

Jnews.az xəbər verir ki, məqalənin müəllifi ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffdur. “How Trump turned a frozen conflict into a model for peace” (“Tramp donmuş münaqişəni sülh modelinə necə çevirdi”) başlıqlı məqalə “Washington Examiner” nəşrində dərc olunub.

Uitkoff Azərbaycan-Ermənistan sülh prosesindən yazıb

Uitkoff məqaləsində Azərbaycan və Ermənistan arasında onilliklərdir davam edən münaqişənin həlli istiqamətində əldə olunan irəliləyişdən bəhs edib və bu prosesi Donald Tramp administrasiyasının diplomatik səyləri ilə əlaqələndirib.

O qeyd edib ki, Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalar regionda uzun illər davam edən qarşıdurmanın sona çatdırılması istiqamətində mühüm addımdır.

Uitkoff Prezident İlham Əliyevi sülh naminə çətin qərarlar qəbul etməyə hazır olan güclü və qətiyyətli lider kimi xarakterizə edib. O, Ermənistanın Baş naziri Nikol Paşinyanı isə praqmatik və cəsarətli lider adlandırıb.

Məqalədə bildirilib ki, ABŞ nümayəndələri Azərbaycan və Ermənistanla intensiv danışıqlar apararaq əldə olunan razılaşmaların praktiki şəkildə həyata keçirilməsi üzərində işləyiblər.

TRIPP layihəsinə diqqət

Uitkoff Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi məqsədilə nəzərdə tutulan TRIPP layihəsinə də xüsusi diqqət ayırıb.

O bildirib ki, ABŞ Azərbaycan və Ermənistanla birlikdə layihənin həyata keçirilməsi üçün dəmir yolu üzrə mühəndislik araşdırmaları, dövlət-özəl tərəfdaşlığı və investisiya mexanizmləri üzərində işləyir.

Uitkoffun sözlərinə görə, TRIPP gələcəkdə Xəzər dənizi boyunca daha geniş nəqliyyat əlaqələrinin qurulmasına və oxşar əməkdaşlıq modellərinin digər regionlarda tətbiqinə imkan yarada bilər.

Trampın Nobel Sülh Mükafatına namizədliyi

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərməsi də qeyd olunub.

Uitkoff hesab edir ki, Azərbaycan və Ermənistan nümunəsi uzunmüddətli münaqişələrin siyasi liderlik, diplomatiya və qarşılıqlı maraqlar əsasında həllinə nümunə ola bilər.

Məqalənin orijinalı “Washington Examiner” nəşrinin saytında yayımlanıb.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Tramp Uitkoffun Azərbaycan-Ermənistan sülhü ilə bağlı məqaləsini paylaşıbjnews.az səsləndirməsi