20 Elul 5786 2 sentyabr 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Rəsmi tədbirdə “YAŞAT” Fondunun loqosu

Ali məktəbə qəbul olunan bu şəxslərə 2 min manat veriləcək

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Təhsil
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Sentyabr 2, 2026 12:16 axşam

YAŞAT Fondu 2026-2027-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailələrinin üzvləri və müharibə veteranlarına 2000 manat məbləğində birdəfəlik maliyyə dəstəyi göstərəcək.

Jnews.az xəbər verir ki, bu təşəbbüsün həyata keçirilməsi məsələsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin iştirakı ilə keçirilən görüşdə müzakirə olunub.

Maliyyə dəstəyindən yararlanmaq üçün namizədlər bir sıra akademik tələblərə cavab verməlidirlər. Dövlət İmtahan Mərkəzinin (DİM) qəbul imtahanlarında 400 və daha çox bal toplayan şəxslər, eləcə də subbakalavr səviyyəsini 90 və daha çox balla başa vuran məzunlar bu ödənişi almaq hüququna malikdirlər.

Bundan əlavə, dünya universitetləri reytinqində ilk 1000-likdə yer alan ali təhsil müəssisələrinə qəbul olunan tələbələr də dəstək proqramından yararlana bilərlər.

Ödənişin alınması üçün müraciətlərin qəbulu oktyabrın 31-dək davam edəcək.

Əlavə məlumat üçün namizədlər YAŞAT Fondunun 8110 nömrəli çağrı mərkəzinə müraciət edə bilərlər.

YAŞAT Fondunun şəhid ailələrinin üzvləri və müharibə veteranlarının övladları arasında tələbələri mükafatlandırması ilə bağlı bu təcrübə əvvəlki illərdə də tətbiq olunub.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Ali məktəbə qəbul olunan bu şəxslərə 2 min manat veriləcəkjnews.az səsləndirməsi