Yenilənib: Avqust 31, 2026 11:52 səhər
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkekə səfər edəcək.
Jnews.az xəbər verir ki, Prezidentin səfəri Azərbaycanla ŞƏT-ə üzv ölkələr arasında əlaqələrin son dövrlərdə güclənməsi və əməkdaşlığın genişlənməsi fonunda baş tutur.
Sammit çərçivəsində tərəflərin tərəfdaşlıq və regional əməkdaşlığın aktual məsələlərini müzakirə etməsi gözlənilir.
Tədbir iştirakçı və müşahidəçi ölkələrin liderlərini bir araya gətirərək, müxtəlif sahələrdə birgə səylərin əlaqələndirilməsi və əməkdaşlığın inkişafı məsələlərinin müzakirəsi üçün imkan yaradacaq.
