18 Elul 5786 31 avqust 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Netanyahu: İranı məğlub etmək İsrailin əsas regional prioritetidir

Netanyahu: İranı məğlub etmək İsrailin əsas regional prioritetidir

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Avqust 31, 2026 10:41 səhər

İsrailin Baş naziri Benyamin Netanyahu İran rejimini məğlub etməyin ölkəsinin regiondakı əsas prioriteti olduğunu bildirib.

Jnews.az xəbər verir ki, Netanyahu İranın ağır zərər görməsinə baxmayaraq, nüvə proqramını yenidən qurmaq niyyətindən əl çəkmədiyini deyib.

Baş nazir bildirib ki, İsrail əvvəlcə “Rising Lion” əməliyyatını təkbaşına həyata keçirib, daha sonra isə ABŞ əməliyyata qoşulub.

Netanyahu İran hökumətinin məğlub edilməsini İsrailin HƏMAS və “Hizbullah”la mübarizəsi ilə də əlaqələndirib. Onun sözlərinə görə, İranın zəiflədilməsi bu iki təşkilatın tamamilə aradan qaldırılması istiqamətində İsraili məqsədinə daha da yaxınlaşdıracaq.

İsrailin baş naziri vurğulayıb ki, İranın nüvə infrastrukturuna qarşı əvvəlki zərbələrə baxmayaraq, Tehran nüvə ambisiyalarından imtina etməyib.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Netanyahu: İranı məğlub etmək İsrailin əsas regional prioritetidirjnews.az səsləndirməsi