Azərbaycanda təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə start verilir. Sentyabrın 2-dən etibarən namizədlər üçün müsahibələr keçiriləcək.
Jnews.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, müsahibələrin keçiriləcəyi tarix və məkanla bağlı məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Namizədlər şəxsi kabinetlərinə daxil olaraq müsahibənin tarixi və keçiriləcəyi məkan barədə məlumatla tanış ola bilərlər.
Təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edəcək müəllimlər şəxsi kabinetlərində göstərilən tarix və məkana uyğun olaraq prosesdə iştirak etməlidirlər.
Qeyd edək ki, test imtahanında keçid balı toplayan şəxslərin əməkhaqqına 10 faiz, 51 və daha yüksək bal toplayanların əməkhaqqına isə 35 faiz əlavə tətbiq olunacaq.
Bu əlavələr yalnız müsahibə mərhələsində uğur qazanan müəllimlərə şamil ediləcək.
