İsrail Müdafiə Qüvvələri (SAXAL) və İsrailin Daxili Təhlükəsizlik Xidməti (ŞABAK) Qəzza zolağının cənubundakı Xan Yunis bölgəsində HƏMAS-ın “Nukhba” xüsusi təyinatlı dəstəsinin iki üzvünü zərərsizləşdirib.
Jnews.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zərərsizləşdirilən şəxslər Hazem Musa və Razek Sahil Suleyman Abu Şahma 2023-cü il oktyabrın 7-də İsrailə qarşı həyata keçirilən hücum zamanı Reim hərbi düşərgəsinə daxil olublar.
Məlumata görə, Abu Şahma daha əvvəl HƏMAS-ın Qəzza zolağındakı keçmiş lideri Yəhya Sinvarın mühafizəçisi kimi fəaliyyət göstərib.
İsrail tərəfinin məlumatına əsasən, öldürülən şəxslər sonrakı dövrdə də İsrail hərbçilərinə və mülki şəxslərə qarşı hücumlarda iştirak ediblər. Onların, həmçinin, atəşkəs razılaşmasının şərtlərini pozaraq HƏMAS-ın hərbi imkanlarını bərpa etməyə çalışdıqları bildirilib.


