Xalq şairi Nəriman Həsənzadənin səhhəti yenidən ağırlaşıb və o, süni tənəffüs aparatına qoşulub.
Bu barədə APA-ya şairin köməkçisi Arif Mehmandost məlumat verib.
Onun sözlərinə görə, Nəriman Həsənzadənin səhhətində əvvəlcə müsbət dinamika müşahidə olunsa da, sonradan vəziyyəti yenidən pisləşib.
“Səhhəti yaxşılığa doğru gedirdi, amma yenidən ağırlaşdı. Buna görə də yenidən süni tənəffüs aparatına qoşulub”, – deyə Arif Mehmandost bildirib.