15 Av 5786 29 iyul 2026 🕯️ Şam yandırma — 19:40, cümə Şabbatın çıxışı — 20:46, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Texnologiya Təhlil Podkastlar Təhsil
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa

Ukrayna XİN rəhbəri iranlı həmkarını Rusiyaya dəstəyi dayandırmağa çağırıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefon danışığı aparıb. Nazir bu barədə özünün “X” sosial şəbəkə hesabında məlumat verib.

Sibiqa qeyd edib ki, ən çətin şəraitdə belə diplomatiya birbaşa dialoqdan başlayır. O, əsas məqsədin mövcud gərginliyin daha da artmasının qarşısını almaq olduğunu vurğulayıb.

Nazirin sözlərinə görə, Ukraynanın bütün addımları yalnız ölkəni Rusiyanın təcavüzündən qorumağa yönəlib. O əlavə edib ki, mülki gəmiləri və ya dinc sakinləri hədəf almaq heç vaxt məqsəd olmayıb.

Sibiqa İranı vəziyyəti ağırlaşdıracaq addımlardan çəkinməyə və Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə dəstəyi dayandırmağa çağırıb.

O, həmçinin Ukraynanın mövqeyinin dəyişməz qaldığını bildirib: həm Avropa, həm də Yaxın Şərq sabitlik, təhlükəsizlik və sülhə layiqdir.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Ukrayna XİN rəhbəri iranlı həmkarını Rusiyaya dəstəyi dayandırmağa çağırıbjnews.az səsləndirməsi