15 Av 5786 29 iyul 2026 🕯️ Şam yandırma — 19:40, cümə Şabbatın çıxışı — 20:46, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Texnologiya Təhlil Podkastlar Təhsil
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşü iki lider arasında indiyədək baş tutan ən uğurlu danışıqlardan biri kimi qiymətləndirib.B.

Netanyahu: Trampla bu görüş ən uğurlu danışıqlardan biri oldu

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşü iki lider arasında indiyədək baş tutan ən uğurlu danışıqlardan biri kimi qiymətləndirib.

B. Netanyahu bildirib ki, görüş qarşılıqlı anlaşma və strateji tərəfdaşlıq ruhunda keçib. Onun sözlərinə görə, tərəflər İranın nüvə silahına sahib olmasının qarşısının alınmasının ortaq məqsəd olduğunu bir daha təsdiqləyiblər.
Baş nazir qeyd edib ki, danışıqlar zamanı İsrailin təhlükəsizliyi və gələcəyi üçün mühüm əhəmiyyət daşıyan məsələlər üzrə gələcək addımların əlaqələndirilməsi müzakirə olunub.
İsrailin “Kanal 12”  televiziyasının məlumatına görə, təxminən 1 saat 20 dəqiqə davam edən görüş tamamilə İran məsələsinə həsr olunub. Kanalın mənbələrindən biri hazırkı vəziyyəti “kritik mərhələ” kimi dəyərləndirərək bildirib ki, ABŞ prezidenti İrana münasibətdə atılacaq növbəti addımlarla bağlı qərar verməyə yaxındır.
PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Netanyahu: Trampla bu görüş ən uğurlu danışıqlardan biri oldujnews.az səsləndirməsi