8 Elul 5786 21 avqust 2026 🕯️ Şam yandırma — 19:13, cümə Şabbatın çıxışı — 20:19, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Rusiya qazı Azərbaycan vasitəsilə Ermənistana çatdırılacaq

Rusiya qazı Azərbaycan vasitəsilə Ermənistana çatdırılacaq

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
İqtisadiyyat
📅

Rusiyadan Ermənistana propan qazının Azərbaycan ərazisindən tranzit daşınmasına başlanılır.

Rusiya mənşəli propan qazı yüklənmiş 30 vaqonun bu gün Biləcəri stansiyasından yola salınması planlaşdırılıb.

Yük qatarı Azərbaycan ərazisindən tranzit keçərək Ermənistana çatdırılacaq. Daşınmanın ölkələr arasında mövcud tranzit-logistika marşrutu çərçivəsində həyata keçirildiyi bildirilir.

Qeyd edək ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm iştirakçısı olmaqla yanaşı, regionda etibarlı tranzit ölkəsi kimi fəaliyyət göstərir. Ölkənin dəmir yolu infrastrukturu vasitəsilə müxtəlif təyinatlı yüklər, o cümlədən enerji daşıyıcıları, neft-kimya məhsulları, taxıl, konteyner yükləri və digər mallar qonşu və üçüncü ölkələrə daşınır.

Mütəxəssislərin fikrincə, tranzit daşımalarının həyata keçirilməsi Azərbaycanın beynəlxalq logistika mərkəzi kimi rolunu gücləndirməklə yanaşı, nəqliyyat dəhlizlərinin səmərəli istifadəsinə və tranzit gəlirlərinin artırılmasına da töhfə verir.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →