7 Elul 5786 20 avqust 2026 🕯️ Şam yandırma — 19:13, cümə Şabbatın çıxışı — 20:19, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
İsmayıllıda dəhşətli qəza: 2 nəfər ölüb, 5 nəfər yaralanıb

İsmayıllıda dəhşətli qəza: 2 nəfər ölüb, 5 nəfər yaralanıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Hadisələr
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

İsmayıllı rayonunda iki avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb, beş nəfər xəsarət alıb.

Bu gün saat 12 radələrində rayon ərazisində “Hyundai” və “Lynk & Co” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər hadisə yerində həyatını itirib.

Məlumata görə, ölənlərdən biri körpə, digəri isə 60 yaşlı Elina Məmmədovadır.

Qəza nəticəsində 29 yaşlı Türkanə Sadıqova, 25 yaşlı İlahə İsmayılova, 25 yaşlı Məmməd Məmmədov, 25 yaşlı Faiq İsmayılov və 25 yaşlı Zahid Nuriyev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb və hazırda araşdırma aparılır.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
İsmayıllıda dəhşətli qəza: 2 nəfər ölüb, 5 nəfər yaralanıbjnews.az səsləndirməsi