Bakının Nizami rayonunda ölümlə nəticələnən hadisə qeydə alınıb. 77 yaşlı Münəvvər Yəhya qızı Babayevanın meyiti yaşadığı mənzildə tapılıb.
Məlumata görə, mərhumun ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, Münəvvər Babayeva tanınmış aparıcı Kamilə Babayevanın anasıdır.
Faktla bağlı hazırda araşdırma aparılır.
Mənbə: lent.az

