Yenilənib: Avqust 17, 2026 11:15 səhər
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sentyabrın 19-dan Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarlarının hərəkət cədvəlində dəyişiklik edəcək.
Qurumdan bildirilib ki, dəyişiklik ənənəvi mövsümlərarası keçidlə əlaqədardır.
Yenilənmiş cədvələ əsasən, Bakıdan Qəbələyə qatarlar şənbə günləri, əks istiqamətdə – Qəbələdən Bakıya isə bazar günləri hərəkət edəcək.
Qeyd edək ki, Bakı-Qəbələ-Bakı dəmir yolu marşrutu paytaxtla Qəbələ arasında sərnişin daşımalarının həyata keçirilməsi və bölgəyə səfərlərin daha rahat təşkili baxımından əhəmiyyətli nəqliyyat bağlantılarından biridir. Marşrut üzrə müasir sərnişin qatarları ilə səfərlər həyata keçirilir.
Mənbə: Jnews.az
