4 Elul 5786 17 avqust 2026 🕯️ Şam yandırma — 19:13, cümə Şabbatın çıxışı — 20:19, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Azərbaycan Prezidenti İlham Əliyev və Ukraynanın sabiq prezidenti Viktor Yuşenko Bakıda görüş zamanı

İlham Əliyev Ukraynanın sabiq prezidenti ilə görüşüb: “Xoş xatirələrimizi bölüşdük”

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Avqust 17, 2026 11:55 səhər

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko ilə görüşüb. Bu barədə məlumat dövlət başçısının sosial şəbəkə hesablarında paylaşılıb.

Paylaşımda 20 ildən artıq davam edən tanışlıq əsnasında xoş xatirələrin bölüşüldüyü, Azərbaycan-Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində görülən birgə işlərin xatırlandığı və iki ölkə arasındakı əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsinin aparıldığı qeyd olunub.

İlham Əliyev: 20 ildən artıq davam edən tanışlığımız əsnasında xoş xatirələrimizi bölüşdük, Azərbaycan-Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində gördüyümüz birgə işləri xatırladıq və əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq.

Görüş zamanı Ukraynanın Azərbaycandakı səfiri tərəfindən Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edilib.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
İlham Əliyev Ukraynanın sabiq prezidenti ilə görüşüb: “Xoş xatirələrimizi bölüşdük”jnews.az səsləndirməsi