6 Elul 5786 19 avqust 2026 🕯️ Şam yandırma — 19:13, cümə Şabbatın çıxışı — 20:19, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Piedruya rayonunda tank əleyhinə "əjdaha dişləri" maneələrinin yanında sərhəd xidməti patrulu.

NATO: İran hücum edərsə, Bolqarıstanı müdafiə edəcəyik

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Avqust 19, 2026 3:14 axşam

NATO İran tərəfindən mümkün hücum təhlükəsi ilə üzləşəcəyi təqdirdə üzvü olan Bolqarıstanı müdafiə etməyə hazırdır.

Bunu NATO-nun Avropadakı Ali Komandanlığının (SHAPE) sözçüsü, polkovnik Martin O’Donnell iyulun 23-də “Euronews”a açıqlamasında bildirib.

O’Donnellin sözlərinə görə, NATO daha əvvəl İranın Türkiyəyə raket hücumları zamanı da Alyansın üzvü olan bu ölkənin müdafiəsini təmin edib. O vurğulayıb ki, NATO İran və ya başqa hər hansı tərəfdən Alyansa qarşı yarana biləcək təhdidlərə cavab verməyə davam edəcək.

“İranın Türkiyəyə – NATO müttəfiqinə raketlər atdığını gördük. NATO bütün bu hallarda müdafiəni təmin etdi. Biz İran və ya başqa hər hansı tərəfdən bu müdafiə ittifaqına qarşı yarana biləcək istənilən təhdidə qarşı cavab verməyə davam edəcəyik”, – deyə O’Donnell bildirib.

Açıqlama İranın Bolqarıstana xəbərdarlıq etməsindən sonra verilib. Tehran Sofiyanın ABŞ hərbi təyyarələrinin ölkə ərazisində yerləşdirilməsinə razılıq verməsinə etiraz edib.

Bolqarıstan parlamenti iyulun 22-də ABŞ-a məxsus səkkizədək KC-135 yanacaqdoldurma təyyarəsinin və 250-yə qədər hərbçinin ölkədə müvəqqəti yerləşdirilməsini təsdiqləyib. 

Qeyd edək ki, İran ordusu ABŞ-la qarşıdurmanın yenidən genişlənəcəyi təqdirdə Avropadakı Amerika hərbi obyektlərinə zərbələr endirməyə hazırlaşır. Tehran həmçinin strateji əhəmiyyət daşıyan Hörmüz boğazında sualtı kommunikasiya xətlərini hədəfə almaq imkanını da nəzərdən keçirir.

Bu barədə “Financial Times” qəzeti məlumat yayıb. Məlumata görə, İranın hazırladığı mümkün cavab planlarında Cənub-Şərqi Avropadakı ABŞ hərbi obyektləri əsas hədəflər sırasında yer alır. Onların arasında Bolqarıstan və Cənubi Kiprdəki obyektlərin də olduğu bildirilir.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
NATO: İran hücum edərsə, Bolqarıstanı müdafiə edəcəyikjnews.az səsləndirməsi