Rusiya qüvvələri ötən gecə ərzində Ukraynanın Zaporojye şəhərinə zərbələr endirib. Hücum nəticəsində 1 nəfər həlak olub, daha 6 nəfər yaralanıb.
Zərbələr nəticəsində yaşayış və qeyri-yaşayış binalarına ziyan dəyib, yanğınlar baş verib.
Hücum nəticəsində Zaporojyenin rayonlarından birində yerləşən fərdi yaşayış evi dağılıb. Zərbə nəticəsində yanğın baş verib, partlayış dalğası və qəlpələr qonşu evlərə, eləcə də təsərrüfat tikililərinə ziyan vurub.
İlkin məlumatlarda dağıntılar altında bir nəfərin qalması ehtimalı olduğu bildirilsə də, sonradan təsdiqini tapmayıb.
