5 Elul 5786 18 avqust 2026 🕯️ Şam yandırma — 19:13, cümə Şabbatın çıxışı — 20:19, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

Rusiya səfiri XİN-ə çağırıldı: Azərbaycan sərt etirazını bildirib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Avqust 18, 2026 1:44 axşam

Görüş zamanı son dövrlərdə Rusiyanın media və informasiya məkanında Azərbaycan, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı ölkəmizin ciddi narahatlığı və qəti etirazı çatdırılıb.

Xüsusilə, 13 avqust 2026-cı ildə “Çastota ponimaniya” layihəsi çərçivəsində yayımlanan verilişdə Azərbaycan, xalqımız və ölkə rəhbərliyi ilə bağlı səsləndirilən ifadələrə diqqət çəkilib.

Bununla yanaşı, 7 avqustda “Sputnik” radiosunda yayımlanan proqramda Azərbaycan rəhbərliyinin “Rusiyanın terrorçu və ekstremistlər siyahısına” daxil edilməsi ilə bağlı səsləndirilən əsassız iddialar, 9 avqustda “YouTube” platformasında, 16 avqustda isə “Spas” telekanalında Azərbaycanın rəhbərliyinə qarşı təhqiramiz materialların yayımlanması və təxribatçı fikirlərin səsləndirilməsi xatırladılıb.

Görüşdə Azərbaycan dövlətinin daxili siyasi proseslərinə müdaxilə imkanlarının müzakirə edilməsinin, Azərbaycan xalqına və ölkə rəhbərliyinə qarşı fiziki zorakılığa çağırışların səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb.

Azərbaycan tərəfinin dəfələrlə bu cür fəaliyyətlərin qarşısının alınmasına çağırış etməsinə və məsələnin müxtəlif siyasi səviyyələrdə müzakirə olunmasına baxmayaraq, analoji ritorikanın daha sərt formada davam etməsinin ciddi narahatlıq doğurduğu bildirilib.

Görüş zamanı Rusiyanın informasiya və media məkanında Azərbaycan əleyhinə təxribat, təhdid və zorakılıq ritorikasına son qoyulması məqsədilə təxirəsalınmaz və təsirli tədbirlərin görülməsi barədə Azərbaycanın gözləntisi bir daha qarşı tərəfin diqqətinə çatdırılıb.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Rusiya səfiri XİN-ə çağırıldı: Azərbaycan sərt etirazını bildiribjnews.az səsləndirməsi