4 Elul 5786 17 avqust 2026 🕯️ Şam yandırma — 19:13, cümə Şabbatın çıxışı — 20:19, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Ermənistan: KTMT ölkənin sərhədlərini hələ də tanımayıb

Ermənistan: KTMT ölkənin sərhədlərini hələ də tanımayıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın təşkilata daxil olduğu dövrdə mövcud olan sərhədlərini hələ də tanımayıb.

Bu barədə Ermənistanın hakim “Mülki Müqavilə” fraksiyasının deputatı Artur Hovhannisyan brifinq zamanı bildirib.

Deputat KTMT-nin Ermənistanın səsvermə hüququndan məhrum edilməsi və sonradan təşkilatdan çıxarılması ehtimalı ilə bağlı açıqlamaları şərh edərkən deyib ki, KTMT hələ də Ermənistan qarşısında götürdüyü öhdəlikləri niyə yerinə yetirmədiyini izah etməyib.

Hovhannisyan Ermənistanın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müstəqil addımlar atdığını vurğulayıb. Onun sözlərinə görə, İrəvan müxtəlif ölkələrlə strateji tərəfdaşlıq haqqında sazişlər bağlayır, hərbi sənayesini inkişaf etdirir və müdafiə potensialını gücləndirməyə çalışır.

“Ermənistan öz hərbi sənayesini və öz qüvvələrini inkişaf etdirmək, müxtəlif ölkələrlə strateji tərəfdaşlıq haqqında sazişlər bağlamaqla təhlükəsizliyini təmin etmək və bununla da hərbi və müdafiə potensialını inkişaf etdirmək üçün mümkün olan hər şeyi edir”, – deyə deputat bildirib.

Qeyd edək ki, Ermənistanın KTMT ilə münasibətləri son illərdə ciddi şəkildə gərginləşib. İrəvan təşkilatı ölkənin təhlükəsizliyi ilə bağlı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib və KTMT-nin fəaliyyətində iştirakını faktiki olaraq dondurub.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Ermənistan: KTMT ölkənin sərhədlərini hələ də tanımayıbjnews.az səsləndirməsi