4 Elul 5786 17 avqust 2026 🕯️ Şam yandırma — 19:13, cümə Şabbatın çıxışı — 20:19, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Ukrayna səfiri ölkəsinə dəstəyə görə İlham Əliyevə təşəkkür edib

Ukrayna səfiri ölkəsinə dəstəyə görə İlham Əliyevə təşəkkür edib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Azərbaycan Prezidenti İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edilib.

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev “X” hesabında bildirib. 

“Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunluq duyuram. Bu, Ukrayna ilə Azərbaycan arasında güclü tərəfdaşlığın, həmrəyliyin, dostluğun və Azərbaycanın İrpinə göstərdiyi davamlı dəstəyin qiymətləndirilməsidir”, – deyə səfir qeyd edib.

Yuri Husyev Ukraynaya göstərilən dəstəyə görə Azərbaycan xalqına və Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Ukrayna səfiri ölkəsinə dəstəyə görə İlham Əliyevə təşəkkür edibjnews.az səsləndirməsi