6 Elul 5786 19 avqust 2026 🕯️ Şam yandırma — 19:13, cümə Şabbatın çıxışı — 20:19, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Ben-Qvir: Terrorçular yalnız asılaraq edam edilməyə layiqdirlər

Ben-Qvir: Terrorçular yalnız asılaraq edam edilməyə layiqdirlər

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Avqust 19, 2026 10:48 səhər

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir terror fəaliyyətinə görə məhkum edilmiş şəxslər barəsində ölüm hökmlərinin icrası üçün nəzərdə tutulan tikilməkdə olan obyekti ziyarət edib. Kompleks İsrailin mərkəzi hissəsində yerləşir, lakin qurum obyektin dəqiq ünvanını açıqlamır.

Layihəyə əsasən, yeni mərkəzdə dar ağacı quraşdırılacaq xüsusi qanad yaradılacaq. Obyektin əsas xüsusiyyətlərindən biri xüsusi baxış kabinələrinin olmasıdır. Bu kabinələr terror aktlarından sağ çıxan şəxslərə və həlak olanların ailə üzvlərinə hökmün icrası zamanı şəxsən iştirak etmək imkanı verəcək.

Ben-Qvir belə bir təcrübənin ABŞ da daxil olmaqla bir sıra digər ölkələrdə tətbiq olunduğunu qeyd edib.

“Ben-Qvir: Biz tarix yazırıq. Terrorçular yalnız bir şeyə layiqdir – asılaraq edam olunmağa!

Qeyd edək ki, terrorçular üçün ölüm cəzasının tətbiqini nəzərdə tutan qanun 30 mart 2026-cı ildə Knesset tərəfindən qəbul edilib. Təşəbbüsün lehinə 62 deputat səs verib, 48 deputat isə əleyhinə çıxıb. Qanun layihəsinin müəllifi həyat yoldaşı terror hücumu nəticəsində həlak olmuş “Otzma Yehudit” partiyasının deputatıdır.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Ben-Qvir: Terrorçular yalnız asılaraq edam edilməyə layiqdirlərjnews.az səsləndirməsi