5 Elul 5786 18 avqust 2026 🕯️ Şam yandırma — 19:13, cümə Şabbatın çıxışı — 20:19, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Cared Kuşner Netanyahu ilə Qəzza zolağı üzrə sazişi müzakirə edib

Cared Kuşner Netanyahu ilə Qəzza zolağı üzrə sazişi müzakirə edib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Avqust 18, 2026 3:47 axşam

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi və  kürəkəni Cared Kuşner Yerusəlimdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşərək Qəzza zolağında müharibəyə son qoyulması ilə bağlı planı müzakirə edib.

Danışıqlarda Qəzzada atəşkəsin bərpası, HƏMAS-ın silahsızlaşdırılması, İsrail qüvvələrinin ərazidən çıxarılması və anklavın gələcək bərpası ilə bağlı məsələlər nəzərdən keçirilib.

Görüş İsrail baş nazirinin ABŞ tərəfindən dəstəklənən planın son mərhələsi ilə bağlı etirazlarını açıq şəkildə ifadə etməsindən sonra baş tutub. B. Netanyahu İsrail qoşunlarının HƏMAS tam şəkildə silahsızlaşdırılmadan Qəzza zolağından çıxmayacağını bildirib. HƏMAS isə silahsızlaşdırılma prosesinin İsrailin hərbi əməliyyatları dayandırması və qoşunlarını ərazidən çıxarması ilə əlaqələndirilməsini istəyir.

Yerusəlimdə keçirilən görüşdən əvvəl Kuşner Misirdə HƏMAS-ın siyasi lideri Xəlil əl-Həyyə ilə görüşüb. Bu görüş ABŞ rəsmisinin HƏMAS rəhbərliyi ilə nadir birbaşa təmaslarından biri kimi qiymətləndirilir.

Tərəflər arasında hələlik yekun razılaşma əldə olunmasa da, görüşlərdən sonra Qəzzanın silahsızlaşdırılması və humanitar, o cümlədən ictimai səhiyyə məsələləri üzrə işçi qruplarının yaradılması barədə razılıq əldə edilib.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Cared Kuşner Netanyahu ilə Qəzza zolağı üzrə sazişi müzakirə edibjnews.az səsləndirməsi