8 Elul 5786 21 avqust 2026 🕯️ Şam yandırma — 19:13, cümə Şabbatın çıxışı — 20:19, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Azərbaycanda sürücülük vəsiqəsi imtahanı ilə bağlı YENİLİK VAR

Azərbaycanda sürücülük vəsiqəsi imtahanı ilə bağlı YENİLİK VAR

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅

Azərbaycanda sürücülük vəsiqəsi almaq istəyən şəxslərlə bağlı prosedur sadələşdirilib.

Nazirlər Kabinetinin qərarına əsasən, sürücülük vəsiqəsi almaq üçün keçirilən imtahanlarda iştirak etmək məqsədilə təqdim olunan tibbi arayışın qüvvədə olma müddəti 30 gündən 60 günə artırılıb.

Dəyişikliyə əsasən, bundan sonra namizədlər aldıqları tibbi arayışdan iki ay ərzində istifadə edə biləcəklər. Əvvəllər isə bu sənəd yalnız 30 gün etibarlı hesab olunurdu.

Qərarın vətəndaşların əlavə vaxt və maliyyə itkisi ilə üzləşməsinin qarşısını alacağı, tibbi arayışın vaxtının bitməsi səbəbindən yenidən sənəd almaq zərurətini azaldacağı gözlənilir.

Qeyd edək ki, son illərdə sürücülük vəsiqəsinin alınması prosesində rəqəmsallaşma da genişləndirilib. Hazırda tələb olunan tibbi arayış elektron formada da əldə oluna bilir ki, bu da sənədləşmə prosesini daha operativ və rahat edir.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →