Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Rauf Arif oğlu Abbasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Qeyd edək ki, Rauf Arifoğlu “Yeni Müsavat” qəzetinin baş redaktoru, həmçinin “Musavat.com” xəbər portalının rəhbəridir. O, uzun illərdir Azərbaycan mediasında fəaliyyət göstərir və ölkənin tanınmış media simalarından biri hesab olunur.