Rusiyanın xarici işlər naziri Sergey Lavrov Almaniyanın öz nüvə proqramını hazırlaması ilə bağlı yayılan məlumatlardan narahatlığını ifadə edib.
O qeyd edib ki, İrana hücumdan sonra bir sıra ölkələrdə suverenliyin qorunması məqsədilə nüvə silahına sahib olmağın tərəfdarı olan fikirlər güclənə bilər.
Hörmüz boğazındakı vəziyyətə toxunan S. Lavrov vurğulayıb ki, bu bölgədə hərbi əməliyyatların davam etməsi nə Vaşinqtona, nə də Tehrana sərf edir. Onun sözlərinə görə, Rusiya bu akvatoriyada münaqişənin mümkün qədər tez dayandırılmasının tərəfdarıdır, çünki qarşıdurma dünya iqtisadiyyatına mənfi təsir göstərir.
Diplomat, həmçinin Rusiyanın İrana silah tədarük etməsi ilə bağlı iddiaları təkzib edib və bu cür xəbərlərin yayılmasının “narahatlıq doğurduğunu” bildirib.