25 Elul 5786 7 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Dünyada gündəm olan futbolçu “Neftçi”də: Bakı klubundan sensasion transfer

Dünyada gündəm olan futbolçu “Neftçi”də: Bakı klubundan sensasion transfer

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
İdman
📅

Bakının “Neftçi” futbol klubu İsrailin “Makkabi” (Netanya) komandasından Freddi Varqasın transferini rəsmiləşdirib. Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Əldə olunan anlaşmaya əsasən, Venesuela milli komandasının 27 yaşlı ön xətt oyunçusu 2+1 il ərzində “Neftçi”nin formasını geyinəcək.

Varqas 2025-ci ilin yayında “Makkabi”dən satınalma hüququ ilə 1 il müddətinə icarəyə götürülmüşdü. Futbolçu bu müddət ərzində keçirdiyi 34 rəsmi matçda 5 qol vurub və 8 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Freddi Varqasın Azərbaycan Premyer Liqasının 30-cu turunda “Karvan-Yevlax”a qarşı keçirilən oyunda (0:3) vurduğu baxımlı qol sosial şəbəkələrdə böyük marağa səbəb olub. Həmin qolun videosu sosial şəbəkələrdə 30 milyondan çox baxış toplayıb.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →