İsrailin BMT-dəki daimi nümayəndəsi Danni Danon Nyu-York meri Zohran Məmdanini sərt şəkildə tənqid edib. O, Zohran Məmdaninin terrorla mübarizə aparan demokratik dövlətlərin yanında olmadığını iddia edib.
Danni Danon bildirib ki, Zohran Məmdani daha əvvəl HƏMAS-a bağlı olduğu iddia edilən bir snayperin ölümünə yas tutaraq onu “günahsız mülki jurnalist” kimi təqdim edib. İsrailli diplomatın sözlərinə görə, Zohran Məmdani eyni zamanda Nyu-Yorkda antisemitizmi qızışdırmağa davam edir.
Danni Danon həmçinin Zohran Məmdaninin İsrailin Baş naziri Benyamin Netanyahunun həbs olunması ilə bağlı səsləndirdiyi fikirləri də tənqid edib. O, bunun Zohran Məmdaninin səlahiyyətlərinə aid olmadığını vurğulayıb.
“Cənab Zohran Məmdani öz seçimini açıq şəkildə ortaya qoyub. O, terrorla mübarizə aparan demokratik ölkələrin yanında deyil”, – deyə Danni Danon bildirib.
Danni Danon çıxışının sonunda Zohran Məmdaniyə müraciətlə, “Siz demokratiyanın əksini seçmisiniz. Siz terrorla əməkdaşlığı seçmisiniz”, – ifadələrini işlədib.