İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidmətinin məlumatına görə, İsrail hərbçisi Livanın cənubunda keçirilən döyüş əməliyyatı zamanı həlak olub.
Məlumatda bildirilir ki, həmin əməliyyat zamanı daha bir İsrail hərbçisi yaralanıb. Yaralı hərbçi hadisə yerindən təxliyə olunaraq xəstəxanaya çatdırılıb.
Hadisənin baş verdiyi şərait və əməliyyatın təfərrüatları barədə əlavə məlumat verilməyib.