İsrailin “Check Point” şirkəti 2026-cı ilin əvvəlindən etibarən fəaliyyət göstərən “Cavern Manticore” adlı yeni haker qrupunun İsrailin dövlət qurumlarına və İT şirkətlərinə qarşı kiberhücumlar həyata keçirdiyini açıqlayıb.
Şirkətin məlumatına görə, qrup uzaqdan idarəetmə və proqram təminatının yenilənməsi üçün nəzərdə tutulan qanuni alətlərdən istifadə etməklə şəbəkələrə gizli şəkildə daxil olmağa imkan verən mürəkkəb modullu infrastrukturdan yararlanır.
“Check Point” hesab edir ki, “Cavern Manticore” qrupunun istifadə etdiyi metodlar daha əvvəl aşkarlanmış və İranın Kəşfiyyat Nazirliyi ilə əlaqələndirilən “Muddywater” və “Lyceum” haker qruplarının fəaliyyətinə bənzəyir.