22 Tammuz 5786 7 iyul 2026 🕯️ Şam yandırma — 19:55, cümə Şabbatın çıxışı — 21:02, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Təhlil Mədəniyyət Podkastlar Təhsil
Budanovdan müharibənin sonu ilə bağlı mühüm mesaj: “Ümid var”

Budanovdan müharibənin sonu ilə bağlı mühüm mesaj: “Ümid var”

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Ukrayna Prezident Aparatının rəhbəri, general-leytenant Kirilo Budanov “RBK-Ukrayna”ya müsahibəsində Rusiya-Ukrayna müharibəsinin gedişi və mümkün sülh danışıqları ilə bağlı fikirlərini bölüşüb.

Budanov bildirib ki, hazırda tərəflər arasında gərginlik artsa da, gələcəkdə danışıqların bərpa olunacağına ümid edir.

“Ümid var. Yay aylarında danışıqlar yaxşı gedirdi. İndi isə hər iki tərəf gərginliyi artırır və bunu hamı başa düşür. Adətən gərginlik ən yüksək həddə çatdıqdan sonra vəziyyət sakitləşir və daha sonra danışıqlar yenidən davam edir. Əgər tərəflər bunu istəsələr”.

Budanovun sözlərinə görə, gec-tez Rusiya da danışıqlarda maraqlı olacaq.

ABŞ nümayəndələri Stiv Vitkoff və Cerard Kuşnerin Kiyevə mümkün səfərinə münasibət bildirən K. Budanov qeyd edib ki, bu səfər artıq bir neçə dəfə təxirə salınıb.

“Əsas məsələ səfərin özü deyil. Vacib olan onun hansı nəticə ilə yekunlaşacağıdır. Əgər məqsəd müharibəni başa çatdırmaqdırsa, səfərin hansı formada həyata keçirilməsi o qədər də önəm daşımır”.

Bu arada, Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya danışıqlar zamanı Ukraynadan iki ay ərzində Donetsk vilayətindən qoşunlarını çıxarmağı tələb edir.

Zelenskinin sözlərinə görə, Rusiya tərəfi iki ay ərzində Ukraynanın şərqini və Donbası tam nəzarətə götürəcəyini iddia edir. Bu səbəbdən Ukraynaya qoşunlarını bölgədən çıxarmaq üçün iki ay vaxt verildiyi, əks halda isə Donbasın tam ələ keçirilərək daha sərt şərtlərin irəli sürüləcəyi bildirilib.

ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) isə son hesabatında qeyd edib ki, Rusiya ordusunun hücumlarının tempi əvvəlki dövrlərlə müqayisədə zəifləyib. Analitiklərin fikrincə, buna səbəb Ukrayna Silahlı Qüvvələrinin uzun müddətdir cəbhənin müxtəlif istiqamətlərində Rusiya hücumlarının qarşısını almasıdır.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Budanovdan müharibənin sonu ilə bağlı mühüm mesaj: “Ümid var”jnews.az səsləndirməsi