28 Tammuz 5786 13 iyul 2026 🕯️ Şam yandırma — 19:52, cümə Şabbatın çıxışı — 20:58, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Mədəniyyət Təhlil Podkastlar Təhsil
Şuşadan dünyaya mesaj: İlham Əliyevin çıxışından əsas məqamlar

Şuşadan dünyaya mesaj: İlham Əliyevin çıxışından əsas məqamlar

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Şuşa, 13 İyul – Şuşada keçirilən “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev mühüm mesajlar verib.

Dövlət başçısı forumun media nümayəndələri üçün qarşılıqlı müzakirə mühiti yaratdığını, həmçinin xarici qonaqların Qarabağda aparılan genişmiqyaslı quruculuq işlərini və işğal dövrünün acı nəticələrini bilavasitə görmələri üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Prezidentin çıxışından əsas məqamlar:

Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı

  • Dövlət başçısı Azərbaycan və Türkiyə münasibətlərini dünyada bənzərsiz adlandırıb. Siyasi, iqtisadi, enerji və insanlararası əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən Prezident, dünyada bu iki ölkə kimi bir-birinə bu dərəcədə yaxın olan başqa bir nümunənin olmadığını bildirib.

Regional əməkdaşlıq və tranzit potensialı

  • Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında fəal rol oynadığını qeyd edən Prezident, qonşu dövlətlərlə, xüsusilə Mərkəzi Asiya, Gürcüstan və Avropa ölkələri ilə qurulan strateji əməkdaşlığın uğurlu nəticələr verdiyini vurğulayıb.

  • Ölkənin tranzit mərkəzinə çevrilməsi üçün uzun illər ərzində ardıcıl siyasi, iqtisadi və infrastruktur addımlarının atıldığı qeyd olunub.

Azərbaycanın strateji coğrafi mövqeyi

  • Prezident bildirib ki, Azərbaycanın coğrafi mövqeyinin strateji əhəmiyyəti gözləniləndən daha sürətlə artıb. Yaxın Şərqdəki gərginliklər fonunda Azərbaycanın hava nəqliyyatı, eləcə də quru və dəniz yolları vasitəsilə beynəlxalq logistika sistemindəki rolu əhəmiyyətli dərəcədə yüksəlib.

Dövlət başçısı çıxışında əməkdaşlıq mühitinin enerji layihələrinin uğurla icrasında və nəqliyyat infrastrukturunun genişləndirilməsində təməl rol oynadığını bir daha diqqətə çatdırıb.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Şuşadan dünyaya mesaj: İlham Əliyevin çıxışından əsas məqamlarjnews.az səsləndirməsi