2 Av 5786 16 iyul 2026 🕯️ Şam yandırma — 19:52, cümə Şabbatın çıxışı — 20:58, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Mədəniyyət Texnologiya Təhlil Podkastlar Təhsil
Bakıdakı yəhudi icmasının rəhbəri Trampın oğlu ilə görüşüb: “Biz Azərbaycanı sevirik”

Bakıdakı yəhudi icmasının rəhbəri Trampın oğlu ilə görüşüb: “Biz Azərbaycanı sevirik”

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

ABŞ-ın 250 illiyinə həsr olunmuş xüsusi tədbir çərçivəsində Bakı Sefarad Yəhudiləri İcmasının rəhbəri, ravvin Zamir İsayev ABŞ Prezidenti Donald Trampın oğlu, “The Trump Organization” şirkətinin icraçı vitse-prezidenti Erik Trampla görüş keçirib.

Zamir İsayevin sözlərinə görə, Erik Trampla şəxsi və kifayət qədər uzun söhbət aparmaq imkanı olub.

Ravvin bildirib ki, söhbət zamanı Erik Tramp,”Biz Azərbaycanı sevirik” sözlərini ifadə edib. O qeyd edib ki, bu fikirlər ölkəmiz haqqında səmimi münasibətin göstəricisidir.

Zamir İsayev vurğulayıb ki, görüş zamanı Erik Tramp regional siyasət, Cənubi Qafqazdakı mövcud vəziyyət və Azərbaycanın strateji rolu barədə geniş məlumatlı olduğunu nümayiş etdirib.

Tərəflər regionda sülh prosesi, TRIPP nəqliyyat layihəsinin həyata keçirilməsi perspektivləri, eləcə də iqtisadi əməkdaşlığın Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin olunmasındakı rolu ətrafında fikir mübadiləsi aparıblar.

Zamir İsayev görüş zamanı Prezident Donald Tramp administrasiyasına regionun inkişafına, sülhün möhkəmləndirilməsinə və Cənubi Qafqaz xalqlarının rifahına xidmət edən təşəbbüslərə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə etdiyini bildirib.

O, həmçinin Azərbaycanda hökm sürən tolerantlıq və dinlərarası həmrəylik mühitindən bəhs edərək, müxtəlif dinlərin və xalqların nümayəndələrinin ölkədə sülh, təhlükəsizlik və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını diqqətə çatdırdığını qeyd edib.

Görüşün sonunda Zamir İsayev Erik Trampa xeyir-dua verdiyini, Azərbaycana göstərdiyi səmimi dəstək və isti münasibətə görə ona təşəkkür etdiyini bildirib.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Bakıdakı yəhudi icmasının rəhbəri Trampın oğlu ilə görüşüb: “Biz Azərbaycanı sevirik”jnews.az səsləndirməsi