19 Elul 5786 1 sentyabr 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Tramp İlham Əliyevlə bağlı məqaləni paylaşdı: “Sülh adamıdır”

Tramp İlham Əliyevlə bağlı məqaləni paylaşdı: “Sülh adamıdır”

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada keçirilən IV Qlobal Media Forumunda səsləndirdiyi fikirlərə həsr olunmuş məqaləni özünün “Truth Social” sosial şəbəkəsində paylaşıb.

Yenidən paylaşdığı məqalədə Prezident İlham Əliyevin Donald Trampı “Sülh adamı” adlandırdığı və onun Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə olunması istiqamətində mühüm rol oynadığına dair fikirləri yer alıb.

Məqalədə qeyd olunur ki, Prezident İlham Əliyev çıxışında Trampın beynəlxalq münaqişələrin həllinə yönəlmiş siyasətini yüksək qiymətləndirərək, onu sülhün təşviqinə çalışan lider kimi xarakterizə edib.

Paylaşımda ABŞ-ın “Townhall” nəşrinin də qiymətləndirməsinə istinad edilir. Bildirilir ki, Donald Trampın prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri ölkənin müstəqillik tarixində ən yüksək səviyyəyə yüksəlib.

Bundan başqa, məqalədə Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevi G20 sammitinə dəvət etdiyi vurğulanır.

Yazıda həmçinin Bakı ilə Vaşinqton arasında enerji sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğu qeyd edilir. Bildirilir ki, tərəflər 8 milyard dollarlıq enerji sazişi əsasında strateji enerji alyansını formalaşdırırlar. Bu əməkdaşlığın regional enerji təhlükəsizliyinə və iki ölkə arasında iqtisadi əlaqələrin daha da güclənməsinə töhfə verəcəyi vurğulanır.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →