İsrailin paytaxtı Yerusəlimdə keçirilən “Jerusalem Design Week 2026” festivalı yekunlaşmaq üzrədir. İyulun 9-16-da tHansen Evində şkil olunan beynəlxalq dizayn festivalı bu il “Match Point” (“Matç-Point”) mövzusu ilə iştirakçıları bir araya gətirib.
Festivalın builki konsepsiyası idman və dizaynın kəsişmə nöqtəsinə həsr olunub. Tədbir çərçivəsində qələbə, komanda ruhu, rəqabət və yaradıcılıq arasındakı əlaqələr müxtəlif layihələr vasitəsilə nümayiş etdirilib.
Bu il festivalda 100-dən çox dizayner iştirak edib. Onlar ziyarətçilərə innovativ layihələr, instalyasiyalar və sərgilər təqdim edərək idmanla dizaynın incəsənət, oyunlar və sosial mədəniyyət kontekstində necə qarşılıqlı əlaqədə olduğunu nümayiş etdiriblər.
Festival çərçivəsində sərgilərlə yanaşı, mühazirələr, panel müzakirələri, ustad dərsləri və müxtəlif interaktiv proqramlar da təşkil olunub. Tədbir dizayn sahəsində çalışan peşəkarlar, yaradıcı insanlar və bu sahəyə maraq göstərən ziyarətçilər üçün yeni ideyaların müzakirə olunduğu, beynəlxalq əməkdaşlığın təşviq edildiyi mühüm platformaya çevrilib.
Hər il təşkil olunan “Jerusalem Design Week” müasir dizaynın aktual tendensiyalarını nümayiş etdirməklə yanaşı, yaradıcılıq, innovasiya və ictimai dialoqu təşviq edən nüfuzlu beynəlxalq festival kimi tanınır.

