Bakının Xəzər rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Binə savxoz qəsəbəsində 160 nömrəli marşrut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı avtobusla “Hyundai” markalı avtomobil toqquşub.
Qəza nəticəsində ümumilikdə 22 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq paytaxtın tibb müəssisələrinə təxliyə olunublar:
-
Sabunçu Tibb Mərkəzi: 13 nəfər (7 kişi, 6 qadın)
-
Kliniki Tibbi Mərkəz (KTM): 9 kişi
Kliniki Tibbi Mərkəzə çatdırılan yaralılara ilkin olaraq “bədənin müxtəlif nahiyələrinin müştərək travmaları” diaqnozu qoyulub və dərhal zəruri tibbi yardımlar göstərilib.
Həkimlərin verdiyi məlumata əsasən, xəstələrin vəziyyəti stabil olaraq qiymətləndirilir. Onların müalicə və müşahidəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.