26 Elul 5786 8 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Bakıda sürücü autizmli uşaqla anasını avtobusdan düşürdü

Bakıda sürücü autizmli uşaqla anasını avtobusdan düşürdü

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Hadisələr
📅

Bakıda fəaliyyət göstərən 211 nömrəli marşrut avtobusunda sürücü ilə sərnişin arasında mübahisə baş verib.

Sosial şəbəkələrdə yayılan görüntülərdən məlum olur ki, azyaşlı övladı və onun kiçik skuteri ilə avtobusa minmək istəyən qadına sürücü skuter və velosipedlə avtobusa daxil olmağın qadağan edildiyini bildirib.

Bundan sonra tərəflər arasında gərginlik yaranıb. Qadın övladının autizmli olduğunu, bu səbəbdən piyada hərəkət etməsinin çətinlik yaratdığını deyərək sürücüdən istisna edilməsini xahiş edib.

Lakin görüntülərə əsasən, sürücü qadın və övladının avtobusdan enməsini tələb edib. Nəticədə sərnişin avtobusu tərk etmək məcburiyyətində qalıb.

Hadisənin görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi hələlik açıqlanmayıb.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →