9 Av 5786 23 iyul 2026 🕯️ Şam yandırma — 19:47, cümə Şabbatın çıxışı — 20:53, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Mədəniyyət Texnologiya Təhlil Podkastlar Təhsil
İlham Əliyev misirli həmkarı Əbdülfəttah əs-Sisini təbrik edib

İlham Əliyev misirli həmkarı Əbdülfəttah əs-Sisini təbrik edib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib.

Məktubun mətnini təqdim edirik:

“23 İyul – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün Misir xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Dostluq və qarşılıqlı hörmət ruhunda inkişaf edən Azərbaycan-Misir dövlətlərarası münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.

Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasında dostluq əlaqələri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf edəcək və daha da genişlənəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Misir xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
İlham Əliyev misirli həmkarı Əbdülfəttah əs-Sisini təbrik edibjnews.az səsləndirməsi