21 Elul 5786 3 sentyabr 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Bakı Avropa Yəhudiləri Dini İcmasının nümayəndələri Ahıllar evində

Bakı Avropa Yəhudiləri Dini İcmasının nümayəndələri Vyaçeslav Belskini Ahıllar evində ziyarət ediblər

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Yenilənib: Sentyabr 3, 2026 6:09 axşam

Bakı Avropa Yəhudiləri Dini İcmasının nümayəndələri icmanın üzvü Vyaçeslav Mixayloviç Belskini yaşadığı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində ziyarət ediblər.

Jnews.az xəbər verir ki, ziyarət zamanı icma nümayəndələri onun yaşayış şəraiti, qidalanmanın təşkili və tibbi nəzarətlə tanış olub, həmçinin Ahıllar evinin ərazisinə baxış keçiriblər.

Məlum olub ki, Vyaçeslav Belski tibb işçilərinin daimi nəzarəti altındadır. Burada o, digər sakinlərlə bərabər, müntəzəm qidalanma ilə təmin olunur, sakinlərin səhhəti həkimlər və tibb bacıları tərəfindən daim diqqətdə saxlanılır.

Müəssisədə ahıl sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər, mədəniyyət mərkəzlərinə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyalar, gəzintilər və s. təşkil olunur.

İcma nümayəndələri gəzinti üçün yaradılmış şəraitə də xüsusi diqqət yetiriblər. Vyaçeslav Belski mütəmadi olaraq təmiz havaya – böyük və abadlaşdırılmış həyətə, burada yerləşən söhbətgah və müxtəlif meyvə ağaclarının olduğu əraziyə çıxarılır. Bu şərait ona sakit və rahat mühitdə açıq havada vaxt keçirməyə imkan verir.

İcma nümayəndələri Vyaçeslav Belski ilə söhbət edib, onun səhhəti ilə maraqlanıb və ona lazımi qayğının göstərildiyinə şəxsən əmin olublar.

Səfərin nəticələrinə əsasən, icma nümayəndələri Ahıllar evi sakinlərinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarından bir daha əmin olublar.

Bakı Avropa Yəhudiləri Dini İcması Vyaçeslav Belski ilə əlaqəni davam etdirəcək və daim onun vəziyyəti ilə maraqlanacaq.
İcma üçün öz üzvlərinə qayğı göstərmək yaş və ya həyat şəraitinin dəyişməsi ilə bitmir. Diqqət, dəstək və insani münasibət Bakı yəhudi icmasının həyatında mühüm dəyər olaraq qalır.

PaylaşFacebookTelegramWhatsApp
Oral Əliyev
Oral Əliyev

Baş redaktor

Müəllifdən daha çox →
Bakı Avropa Yəhudiləri Dini İcmasının nümayəndələri Vyaçeslav Belskini Ahıllar evində ziyarət ediblərjnews.az səsləndirməsi