İsrail sentyabrın 3-də beş livanlı məhbusu azad edərək vətənlərinə qaytarmağı planlaşdırır.
Jnews.az xəbər verir ki, bu addım İsrail tərəfi ilə Livan hökuməti arasında davam edən danışıqlar çərçivəsində siyasi jest kimi qiymətləndirilir.
Azad ediləcək şəxslər arasında Malik Kamal Qazi də var. Onun yaxın vaxtlarda Nakura keçid məntəqəsi vasitəsilə Livan tərəfinə təhvil veriləcəyi gözlənilir. Rəsmi açıqlamalarda bu addım “xoşməramlı jest” kimi xarakterizə olunur.
Malik Kamal Qazi 2025-ci ilin oktyabrında 20 yaşında olarkən itkin düşüb. Məlumata görə, o, idmanla məşğul olmaq üçün motosikletlə dağlıq əraziyə getdikdən sonra Rəşaya rayonunun Eyn-Ata bölgəsində yoxa çıxıb və onunla əlaqə kəsilib.
Mənbə: newsru.co.il
