Azərbaycanda 63 yaşlı qadın uzun illər davam edən övlad həsrətindən sonra ana olmaq sevincini yaşayıb.
Bu barədə tibb üzrə fəlsəfə doktoru Natiq Məhərrəmov sosial şəbəkə hesabında məlumat paylaşıb. Onun sözlərinə görə, uzun müddət övlad sahibi ola bilməyən qadın uğurlu tibbi müdaxilə nəticəsində sağlam körpə dünyaya gətirib.
Həkim bu hadisəni müasir reproduktiv tibbin imkanlarının daha bir uğurlu nümunəsi kimi qiymətləndirərək, ailəni bu sevindirici hadisə münasibətilə təbrik edib.
“Allahın köməyi ilə müalicələrimizi etdik və 63 yaşlı anamız uzun çəkən həsrətdən sonra övladını qucağına götürdü. Allah saxlasın. Allaha min şükürlər olsun ki, müalicələrimiz boşa getmədi və bu xeyir işə vəsilə olduq.”
Qeyd edək ki, 63 yaşında ana olmaq olduqca nadir hallarda rast gəlinən hadisələrdəndir. Bu səbəbdən xəbər cəmiyyətdə böyük maraq doğurub.