11 Tammuz 5786 26 iyun 2026 🕯️ Şam yandırma — 19:58, cümə Şabbatın çıxışı — 21:05, şənbə
TƏCİLİ
Hamısı Siyasət Cəmiyyət Dünya İqtisadiyyat Hadisələr Texnologiya İdman Mədəniyyət Xəbərlər
Azərbaycanda Silahlı Qüvvələr Günüdür

Azərbaycanda Silahlı Qüvvələr Günüdür

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Bu gün, 26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur.

Azərbaycan ordusunun əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarı ilə Gəncə şəhərində qoyulub. Lakin Cümhuriyyətin 1920-ci ildə süqutundan sonra milli ordu ləğv edilib.

Ölkənin müstəqilliyini bərpa etməsindən sonra, 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb.

Hazırda Azərbaycan ordusu döyüş qabiliyyəti və maddi-texniki təchizat baxımından Cənubi Qafqaz regionunda ən güclü hesab edilir. Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları, eləcə də Hərbi Dəniz Qüvvələri daxildir.

Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan Ordusunun 30 illik işğala son qoyaraq Qarabağı azad etməsi və ölkənin ərazi bütövlüyünü bərpa etməsi ilə əlaqədar bu gün xalq tərəfindən xüsusi qürur və sevinc hissi ilə qeyd edilir.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Azərbaycanda Silahlı Qüvvələr Günüdürjnews.az səsləndirməsi