1 Elul 5786 14 avqust 2026 🕯️ Şam yandırma — 19:23, cümə Şabbatın çıxışı — 20:29, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Almaniyanın şimalında silahlı hücum: 5 nəfər ölüb

Almaniyanın şimalında silahlı hücum: 5 nəfər ölüb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Hadisələr
📅

Almaniyanın Aşağı Saksoniya əyalətinin Ştade şəhərində baş verən silahlı hücum nəticəsində 5 nəfər həlak olub.

Məlumata görə, hadisə şəhər mərkəzində yerləşən Dankersştrasse küçəsində qeydə alınıb. Şahidlərin sözlərinə görə, ərazidə çoxsaylı atəş səsləri eşidilib. Hadisədən dərhal sonra polis genişmiqyaslı əməliyyata başlayaraq ərazini mühasirəyə alıb və sakinlərə hadisə yerindən uzaq durmaq tövsiyə olunub.

Hüquq-mühafizə orqanları hadisə ilə əlaqədar bir nəfər şübhəli şəxsi saxlayıb. Onun hücumdakı rolu araşdırılır.

İlkin məlumata əsasən, hücum nəticəsində 5 nəfər həyatını itirib. Qurbanların şəxsiyyəti, hadisənin motivi və onların bir-biri ilə əlaqəsi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Polis hadisə yerində istintaq və əməliyyat-axtarış tədbirlərini davam etdirir. Rəsmilər vətəndaşları yalnız rəsmi məlumatlara etibar etməyə və istintaqın gedişinə mane ola biləcək təsdiqlənməmiş məlumatları yaymamağa çağırıblar.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →