28 Av 5786 11 avqust 2026 🕯️ Şam yandırma — 19:23, cümə Şabbatın çıxışı — 20:29, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Azərbaycandan Ermənistana benzin və dizel yanacağı göndərilib

Azərbaycandan Ermənistana benzin və dizel yanacağı göndərilib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
İqtisadiyyat
📅

Bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə ümumilikdə 26 vaqondan ibarət yük göndərilib. Yükün tərkibinə 18 vaqonda daşınan 971 ton Aİ-92 markalı avtomobil benzini və 8 vaqonda daşınan 467 ton dizel yanacağı daxildir.

Məlumata görə, indiyədək Azərbaycandan Ermənistana ümumilikdə 14 min tondan çox dizel yanacağı, eləcə də 4 min tondan artıq Aİ-92 və Aİ-95 markalı avtomobil benzini ixrac edilib.

Bununla yanaşı, Rusiyadan Ermənistana Azərbaycan ərazisi vasitəsilə tranzit daşımaları da davam edir. İndiyədək bu marşrut üzrə 34 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit daşınıb.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →