Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük partiyası göndərilib.
Bu gün Balacarı stansiyasından Böyük Kəsik istiqamətində 20 vaqondan ibarət qatar yola salınıb. Vaqonlarda ümumi çəkisi 1400 ton olan buğda daşınır.
Məlumata görə, bu, Rusiya ilə Ermənistan arasında Azərbaycan ərazisindən həyata keçirilən tranzit daşımaların növbəti mərhələsidir.
Azərbaycandan keçən tranzit yüklərin həcmi
Bu günədək Rusiyadan Azərbaycandan tranzit keçməklə Ermənistana:
- 39 mindən çox ton taxıl;
- 9 minə yaxın ton gübrə;
- 1136 ton propan;
- 133 ton alüminium;
- 1114 ton kömür;
- 67 min ton ağac göndərilib.
Bundan əlavə, Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel yanacağı, həmçinin Aİ-92 və Aİ-95 markalı təxminən 5 min ton benzin ixrac edilib.
Bu daşımalar Azərbaycan və Ermənistan arasında iqtisadi və nəqliyyat əlaqələrinin normallaşması istiqamətində həyata keçirilən tranzit prosesinin tərkib hissəsidir.
